UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Qobustan Dövlət Tarixi və Bədii Qoruğunda qədim insanların həyat və məişəti qayaüstü təsvirlərdə canlanır. Qobustanda 7.000-dən çox petroqlif mövcuddur. Onlardan ən qədimi 40.000 il əvvələ aiddir. Burada Paleolit dövründən orta əsrlərə qədər insanların məskunlaşdığı mağaralar, müasir muzey və məşhur palçıq vulkanlarına da baş çəkmək olar. Qobustan qoruğu məhsul təqdimatları, açıq havada masterklaslar və müxtəlif fəaliyyət növləri üçün olduqca orijinal bir məkandır.