Beynəlxalq və milli memarlıq üslubunun peşəkarlıqla uzlaşdırıldığı “Hilton Baku” hotelində çoxsayda toplantı otaqları seçimləri, Bakının füsunkar mənzərələrinə açılan bar məkanları qonaqların ixtiyarındadır. Port Baku ilə İçərişəhər arasında yerləşən hotel şəhər mərkəzini kəşf etmək üçün əla mövqedə yerləşir. İşgüzar tədbirlər üçün olan 18 görüş otağı 500 nəfərə qədər auditoriyaya görə müxtəlif formatlarda uyğunlaşdırıla bilər. Hərtərəfli təchiz olunmuş nömrələr və restoranında da qonaqlar üçün hər cür şərait yaradılmışdır.
Nömrələr | Toplantı otaqları | Tamaşaçı zalı | Banket | Sinif otaqları | Furşet |
309 | 19 | 720 | 320 | 150 | 500 |