qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan qonaqpərvərliyi, tarixi irsi, multikultural dəyərləri qeyri-adi memarlıq nümunələri, əsrarəngiz flora və faunası və nəfis mətbəx nümunələri ilə dünyada tanınır.
Bakı Qafqazın ən mühüm turizm destinasiyalarından biridir. Şəhərdə bir çox məşhur turistik və əyləncə məkanları, eləcə də dünya şöhrətli memar Zaha Hadidin dizayn etdiyi ehtişamlı Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, Bakı Biznes Mərkəzi və Bakı Ekspo Mərkəzi kimi işgüzar tədbirlər məkanları var. Bu məkanlarla yanaşı, işgüzar tədbirlərin keçirilməsi üçün Bakı Kristal Zalı, Atəşgah məbədi, Yanardağ, Beynəlxalq Muğam Mərkəzi kimi digər məxsusi məkanlar beynəlxalq tədbirlərin əvəzolunmaz ünvanıdır.
ətraflıAzərbaycanın şimal-şərqində yerləşən Quba Qafqaz dağlarını gəzmək istəyənlər üçün ən uyğun yerlərdəndir. Qubanın dağ kəndlərində müxtəlif azsaylı xalqlar yaşayır. Burada gəzintiyə çıxa və ekoturizm fəaliyyətlərindən yararlana bilərsiniz. Şəhərin özündə maraqlı kulinariya sirlərini öyrənə, ətraf kəndlərdə isə yerli qadınların toxuduğu Qafqazın ən gözəl xalçalarını görmək mümkündür. Möhtəşəm qolf meydançası ilə fərqlənən “Quba Palace” hoteli də Qubada yerləşir. Azərbaycanın “şimal qapısı” adlanan Qusar isə ölkənin ilk dağ-xizək kurortu olan “Şahdağ” Turizm Mərkəzinə ev sahibliyi edir. Həmçinin “Pik Palace”, “Zirvə Hotel”, “Park Chalet”, “Şahdağ Hotel & SPA” kimi bir neçə 5 ulduzlu hotelləri var.
ətraflıŞəhər həyatından bezmisinizsə, dərhal Qəbələyə yollanmalısınız. Qədim Qəbələ e.ə. III-VIII əsrlərdə mövcud olan və indiki Azərbaycanın böyük qismini əhatə edən Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Burada şam meşələrinin əhatəsində ruhunuz tamamilə dincələcək. Nohur gölü və yaxınlığında yerləşən sərin dağ şəlalələrinin şırıltısı sizi sanki yeniləyəcək. Macəra axtarışında olanlar isə Tufandağa da baş çəkə bilər.
ətraflıŞəki qədim İpək Yolu üzərində yerləşən və heyrətamiz memarlığı, ləzzətli yeməkləri və mehriban insanları ilə tanınan əsl şərq şəhəridir. Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki bu gün də sanki orta əsrlərə xas cazibəsini qoruyur. Qafqaz dağlarının ən gözəl guşələrindən biri də Qaxdır. Azərbaycanın şimal-qərbində yerləşən və multikultural ənənələri ilə seçilən Qax qədim kilsə və qalalar ilə zəngindir. Şəki-Qax istiqamətində dincəlmək istəsəniz, “Marxal Hotel and Spa” və “El Resort” hotellərinə üz tuta bilərsiniz.
ətraflı