COVID-19 (Koronavirus) yenilənib

El Resort

otel

Qax rayonunda yerləşən və mənzərəli dağlarla əhatə olunmuş “El Resort” kompleksi premium səviyəli ailə kurortudur. Hotel biznes və turizm baxımından olduqca maraqlı məkanda - Dövlət Tarix Muzeyində qeydiyyatda olan abidələr əhatəsində yerləşir və ailəvi istirahət, işgüzar tədbirlər, kollektiv yığıncaqları və toy mərasimləri üçün ideal məkandır. Mineral bulaqlar və dağ çayları ilə zəngin olan hotel ərazisinin nadir flora və faunası qonaqların buradakı dolğun istirahətini maraqlı və yaddaqalan edir. Genişliyi ilə rahatlıq bəxş edən otaqlardan açılan dağ mənzərələri, Qaxın ləziz mətbəx nümunələrindən dadmaq imkanı və sirli tarixi abidələri buraya üz tutmaq üçün əsas səbəblərdəndir. 

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket Furşet
134 7 600 420 600