COVID-19 (Koronavirus) yenilənib

Bilgah Beach Hotel

otel

Xəzər dənizinin sahilində ucalan “Bilgah Beach Hotel” kompleksi orijinal arxitekturası ilə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri təklif etməsi ilə fərqlənir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Kompleks 1500 kvadrat metr ərazini əhatə edir və 600 nəfərlik bal zalı, 450 nəfərlik “Mardakan Suite & Terrace” və müxtəlif tədbirlərin keçirilməsi üçün Biznes Mərkəzi yaxınlığında görüş otaqları təklif edir. İşıqlandırma sisteminin mükəmməlliyi ilə seçilən hotelin birinci mərtəbəsində dənizin cazibədar mənzərəsi görünən 400 nəfərlik zalda müxtəlif tədbirlər keçirilir.

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket Sinif otağı Furşet
176 7 600 450 450 800