COVID-19 (Koronavirus) yenilənib

Four Seasons Hotel Baku

otel

Bakıdır ya Paris? Qərar vermək çətindir. Klassik və müasir dizaynı ilə seçilən “Four Seasons Hotel Baku” mahir ustalıqla inşa edilən “Beaux-Arts” dəbinin parlaq nümunəsi olmaqla yanaşı, müasir dəbin ahəngini əks etdirir. Ümumilikdə 171 geniş otaqdan ibarət olan hotel klassik interyeri, gözoxşayan rəng çalarları və komfortlu nömrələri ilə diqqət çəkir. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada xüsusi mərasimlər və digər əlamətdar tədbirlər üçün nəzərdə tutulan “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. 

Nömrələr Toplantı otaqları Tamaşa zalı Banket Sinif otaqğı Furşet
171 7 500 300 200 500