Bu layihə 2019-cu ildə Azərbaycan İşgüzar Tədbirlər sektorunun təşəbbüsü ilə ərsəyə gəlmişdir. Layihənin məqsədi Azərbaycan alimləri, həkimlər və digər ekspertlər arasından destinasiya səfirlərinə, beynəlxalq peşəkar assosiasiyaların yerli üzvlərinə, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin yerli filiallarının nümayəndələrinə dəstək olmaqdır. Səfirlərin işgüzar tədbirlər destinasiyası kimi Azərbaycanın seçilməsində təsir imkanları genişdir.
Dr. Abzatdin Adamov ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin professor-müəllim heyətinin üzvü olmaqla yanaşı, Data Analizi üzrə Tədqiqat Mərkəzinin direktorudur. 2011-ci ildən IEEE Azərbaycan Kompüter Cəmiyyətinin qurucu sədri və IEEE-nin baş üzvüdür. Eyni zamanda İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə IEEE Beynəlxalq Konfransının (www.aict.info) həmtəsisçi sədri və "Big Data Day Baku" beynəlxalq forumunun sədridir.
O, Big Data Analytics, Data Mining, Large-Scale Data Management, Internet Technologies, Object-Oriented Analysis & Design, Web Programming & Design daxil olmaqla bakalavr və magistr proqramları üzrə dərslər tədris edir.
Sektorlararası İKT tədqiqatı və inkişafı sahəsində 20 ildən artıq təcrübəyə sahib olan Abzatdin Adamov sənayedə və təhsildə İKT-nin səmərəli istifadəsi ilə bağlı bir neçə böyük layihənin təşəbbüskarı kimi onların idarəçiliyi və tətbiqi ilə məşğul olmuşdur.
Araz Yusubov 2004-cü ildə Kompüter elmləri üzrə fəlsəfə doktoru dərəcəsini alıb və 1999-cu ildən etibarən universitetdə fəaliyyətə başlayıb. O, dünya miqyasında ən böyük təhsil və elmi hesablama cəmiyyəti olan Hesablama Maşınları Assosiasiyasının (ACM) üzvüdür. Dr. Yusubov peşəkar Azərbaycan ACM bölməsinin təsisçisi və üzvüdür. 2016-cı ildə assosiasiyanın "Baş üzv" statusuna layiq görülüb.
O, karyerası boyunca akademik, sənaye və beynəlxalq təşkilatlarda çalışıb. Hazırda ADA Universitetində İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanıdır. Həmçinin müxtəlif təhsil layihələrinə, o cümlədən məktəblilər arasında milli robototexnika turnirlərinə, elm və texnologiya sahəsində çalışan müəllimlər arasında aktiv öyrənmə və tədris metodlarını təşviq edən interaktiv layihələrə rəhbərlik edib. 2019-cu ildə Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) keçirilməsində rol oynayan əsas simalardan biri olub. Hazırda IOI üzrə Beynəlxalq Komitənin üzvüdür. 2019-cu ildə ADA Universitetində "VII ACM Celebration of Women in Computing: womENcourage 2020"-nin keçirilməsi üçün təklif layihəsinə rəhbərlik etmişdir.
Aygün Şükürova Azərbaycan Tibb Universitetinin məzunudur. Elmi-Tədqiqat İnstitutunda həkim olaraq çalışıb, 2014-cü ildə isə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Eyni zamanda Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyəti zamanı əcnəbi həmkarları ilə güclü əlaqələr yaratmış, həmçinin tanınmış dünya alimlər şəbəkəsini genişləndirmişdir.
O, Azərbaycanda müxtəlif elmi icmaları bir araya gətirən çoxsaylı görüşlərdə iştirak edib. Həmçinin Beynəlxalq Pediatriya Assosiasiyasının, eləcə də Azərbaycan Pediatriya Assosiasiyasının üzvü, daha sonra Azərbaycan Tibbi Turizm Assosiasiyasının təsisçisi olub. 2019-cu ildə UNPSTR-Avrasiya 17-ci Konqresinin və Dünya Türk Ölkələrinin Pediatriya Konqresinin Azərbaycanda müvəffəqiyyətlə keçirilməsinə öz töhfəsini verib.
Assosiasiyaların işgüzar tədbirləri ilə bağlı onlarla layihədə iştirak edən Aygün Şükürova Azərbaycanı yeni işgüzar tədbirlər məkan kimi də tanıdılmasında rol oynayıb.
Dr. Bahadur İbrahimov bakalavr dərəcəsini İstanbulun Yıldız Teknik Universitetində Elektron Mühəndisliyi ixtisası üzrə bitirib. Məzun olduqdan sonra Vyanaya köçmüş, magistr və doktorantura dərəcələrini Vyana Texnologiya Universitetində Robototexnika ixtisası üzrə almışdır.
Təhsil aldığı müddətdə Avstriya Azərbaycan Akademik Assosiasiyasının, Avropada Gənc Azərbaycanlı Alimlər, Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyası və Mühəndislik Menecerləri Klubunun üzvü və sonradan vitse-prezidenti kimi Azərbaycanın Avropada, xüsusən də akademik səviyyədə tanıdılması istiqamətində lobbiçilik və diaspor işlərində fəal iştirak etmişdir. Hazırda Azərbaycanda elm sahəsini təbliği, konfrans və sərgilərin keçirilməsi üçün çalışan gənc azərbaycanlı həvəskarlar tərəfindən təsis edilmiş Azərbaycan Robototexnika və Avtomatlaşdırma Cəmiyyətinin (ARAC) prezidentidir. Bu təşkilat Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiyanın (IFAC), IEEE-nin milli üzv təşkilatı və Vyana Texnologiya Universitetinin Xəzər regionu üzrə akademik tərəfdaşıdır.
Dr. Gülnarə Ağayeva Asiya-Sakit Okean üzrə Qaraciyərin Tədqiqi Assosiasiyasının (APASL) üzvü və qastroenterologiya və hepatologiya sahəsində çoxsaylı qrant və mükafatların laureatıdır. Fəlsəfə doktoru dərəcəsinə malikdir və Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının prezidenti, həmçinin Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) üzvü və Bakı Sağlamlıq Mərkəzinin Qaraciyər Xəstəlikləri şöbəsinin müdiridir. 2015-ci ildə peşəkar fəaliyyətinə, eləcə də toksikologiyanın tədqiqi və öyrənilməsi ilə bağlı gördüyü uğurlu işlərə görə “İlin həkimi” adına layiq görülüb.
Gülnarə Ağayeva 2004-cü ildən etibarən qastroenterologiya və hepatologiya ilə bağlı bir sıra konqres və konfranslarda iştirak etmişdir. Bundan əlavə, Misirin İsgəndəriyyə şəhərində keçirilən Gastro-Hepato-Onkoloji Sammiti və Türkiyənin İstanbul şəhərində keçirilən APASL STC kimi bir sıra beynəlxalq tədbirlərə sədr, moderator və qonaq məruzəçi kimi dəvət olunub.
Dr. Taryel Ömərov Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının təsisçisi və sədridir. Azərbaycan Tibb Universitetinin məzunu olan Taryel Ömərov cərrahi xəstəliklər kafedrasının müəllimi və Modern Hospitalın baş həkimidir. O, Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin, Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiyasiyasının və Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvüdür. Həmçinin Beynəlxalq Cərrahiyyə Cəmiyyəti, Beynəlxalq Obezite və Metabolik Xəstəliklər Cərrahiyyə Federasiyası, Avropa Cərrahiyyə Cəmiyyəti, Türkiyə Cərrahi Cəmiyyəti, Türkiyə Qastroenteroloqlar Dərnəyi, Beynəlxalq Endoskopik Cərrahiyyə, Laparoskopik Cərrahlar Dərnəyi, Türk Obezite Cərrahi Dərnəyi, Amerika Gastrointestinal və Endoskopik Cərrahiyyə Cəmiyyəti kimi bir sıra beynəlxalq assosiasiyaların və cəmiyyətlərin üzvüdür.
O, bir sıra qrant müsabiqə layihələrinin rəhbəri, çoxsaylı kitab və məqalələrin müəllifidir. Eləcə də beynəlxalq konfransların fəal üzvü, müəllif və qonaq məruzəçi kimi dünya miqyasında çoxsaylı konqres və konfranslarda iştirak etmişdir. Azərbaycanda bir sıra beynəlxalq və milli konfranslara, xüsusilə də V Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresinə moderatorluq etmişdir.
Dr. Trayel Ömərov artıq uzun illərdir ki, Azərbaycanı beynəlxalq tədbirlərə ev sahibliyi edən potensial bir məkan kimi təbliğ edilməsinə səy göstərir.
Dr. Tahirə Pənahova Azərbaycan Tibb Universitetinin məzunudur. 2000-ci ildə tibb elmləri namizədliyinə layiq görülüb, 2010-cu ildə isə Pediatriya kafedrasının dosenti vəzifəsinə təyin edilmişdir. O, Dünya Allerqologiya Təşkilatının, Avropa Akademiyasının Allerqologiya və İmmunologiya cəmiyyətinin üzvü, MDB ölkələrinin Allerqoloq və İmmunoloqlarının üzvü və Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitasiya elmi cəmiyyətinin elmi katibidir.
Sinqapur, İspaniya, Belçika, İsveçrə, Türkiyə, Rusiya, Kipr, BƏƏ və dünyanın digər ölkələrində keçirilən beynəlxalq konqres və konfranslarında iştirak etmişdir. 2019-cu ildə I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi və "Allerqologiya və Kliniki İmmunologiyanın müasir aspektləri" konfransının aparıcısı olub.
Vüqar Bayramov 1975-ci il iyunun 13-də Azərbaycanda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr dərəcəsini, 1999-cu ildə aspiranturanı bitirib. 2003–2004-cü illərdə ABŞ-ın Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb. O, həmçinin “Avstriya Liderlik Proqramı”nın ilk azərbaycanlı məzunudur.
Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzinin təsisçisi və sədridir. Mərkəzin sədri kimi yerli özünüidarəetmə, bələdiyyələrin inkişafı, dövlət büdcəsinin şəffaflığı və digər istiqamətlərdə makro və mikroiqtisadiyyat üzrə müxtəlif tədqiqat layihələri həyata keçirmişdir. Mərkəz ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən təkcə Azərbaycanın deyil, regionun ən güclü beyin mərkəzi kimi qiymətləndirilib.
Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi və Aİ Şərq Tərəfdaşlığı Proqramının Rəhbər Komitəsinin üzvü və Şərqi Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunda qrup əlaqələndiricisi seçilmişdirAİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi və Aİ Şərq Tərəfdaşlığı Proqramının Rəhbər Komitəsinin üzvü və Şərqi Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunda qrup əlaqələndiricisi seçilmişdir. 2010-cu+D13:D14 ildə İordaniyada Kral İslam Strateji Araşdırmalar Mərkəzi (RISSC) Vüqar Bayramovu dünyanın ən nüfuzlu 500 müsəlmanından biri elan edib. Milli Məclisin deputatı olan Vüqar Bayramov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür.
Dr. Nigar Kamilova Mir-Nağı 1965-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1991-ci illərdə 2 №-li Dəmiryol Xəstəxanasında Mama-ginekoloq vəzifəsində çalışmış, 1991-1994-cü illərdə ATU-nun aspiranturasında “Mamalıq və ginekologiya” ixtisası üzrə təhsil almış, daha sonra 1997-ci ildə fəlsəfə doktoru namizədliyinə qəbul edilmişdir. 1994-2003-cü illərdə Mamalıq-ginekologiya kafedrasında assistent vəzifəsində çalışmışdır. 2008-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 2003-2012-ci illərdə Azərbaycan Tibb Universitetində dosent, 2013-cü ildən isə professor vəzifəsində çalışıb, 2016-cı ildə “professor” elmi adını almışdır.
O, Beynəlxalq Mama-Ginekoloqlar Federasiyasının (FIGO) və Avropa Regionu üzrə Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasının fəal üzvüdür. 2012-ci ildən ATU-da “Mamalıq və Ginekologiya” üzrə Aprobasiya Şurasının sədridir. Eyni zamanda respublikada və xaricdə çap olunmuş 200-dən çox elmi əsərin, o cümlədən 8 dərsliyin, 1 ixtiranın, 2 patentin, 8 monoqrafiyanın və 18 metodik vəsaitin müəllifidir.
O, Azərbaycanda və xaricdə çoxsaylı elmi-praktik konfranslarda iştirak etməklə yanaşı, təşkilatçılıq da edib. 2007-2019-cu illərdə “Sağlam Nəsil” İctimai Birliyinin sədri, həmçinin Azərbaycan Herontoloqlar Cəmiyyətinin vitse-prezidenti olub.