COVID-19 (Koronavirus) yenilənib

Winter Park Hotel Baku

otel

Şəhərin mərkəzində yerləşən və bir çox alış-veriş mərkəzlərinə yaxın olan “Winter Park Hotel Baku” hoteli 2017-ci ildən etibarən qonaqları tərəfindən hiss edilən xoş və ürəkaçan münasibətini qoruyaraq fəaliyyət göstərir. Hotel özünəməxsus fərqli xüsusiyyətləri və gözoxşayan mənzərəsi olan lüks otaqlar ilə yanaşı, 15-ci mərtəbədə fəaliyyət göstərən restoran və bar, müasir avadanlıqlarla təmin olunmuş Fitness mərkəzi və rahatladıcı spa otaqları tə    qdim edir. 2 iclas otağı və foedən ibarət yüksək keyfiyyətli tədbir məkanı isə müxtəlif formatda tədbirlər və görüşlər keçirilməsi üçün əlverişlidir.

Təbii işıqlandırmaya, havalandırma sisteminə və internetə çıxış imkanına malik "Zümrüd" zalında işgüzar görüşlər, təqdimatlar və treninqlər keçirilir. Hotelin 2-ci mərtəbəsində yerləşən "Almaz" zalı isə dəyirmi masa arxası görüşlərin keçirilməsi üçün tam uyğundur.

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket
212 2 70 60