Azərbaycan Turizm Bürosunun əsas bölmələrindən olan İşgüzar tədbirlər sektorunun əsas məqsədi işgüzar tədbirlər sənayesinin inkişafı və cəlb edilməsi üzrə fəaliyyətin təşviq edilməsidir.
İşgüzar tədbirlər sektorunun strateji məqsədlərinə informasiya və dəstək xidmətlərini təmin etməklə Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə göstərmək, potensial tədbirləri müəyyənləşdirmək, səmərəli kommunikasiya və lobbiçilik fəaliyyəti aparmaq, işgüzar tədbirlər sənayesi üzrə tərəfdaşları və digər maraqlı tərəfləri bir araya gətirmək və destinasiya adından tədqiqat fəaliyyətlərini genişləndirmək kimi məsələlər daxildir.
Beynəlxalq Konqres və Konfranslar Assosiasiyasının (ICCA) üzvü olaraq tədbirlərin planlaşdırılmasının bütün aspektləri üzrə işgüzar tədbirlər sənayesi peşəkarlarına yardım göstərməyə xüsusilə böyük diqqət yetiririk. Ölkə barədə dərin biliklərə malik komandamızın turizm və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən şirkətlərlə sıx əməkdaşlıq münasibətləri vardır.