Banklar adətən bazar ertəsindən cümə gününə qədər saat 10:00-dan 17:00-a qədər fəaliyyət göstərir, bankomatlar isə 7/24 işləyir. Mağazaların əksəriyyəti hər gün səhər 10-dan axşam 8-ə qədər açıqdır. Restoranlar, kafelər, iaşə və əyləncə obyektləri adətən səhər saat 10-dan gecə yarısına qədər və ya daha gec saatlaradək fəaliyyət göstərir. Əsasdebit və kredit kartları otellərdə, mağazalarda, kafelərdə və restoranlarda qəbul edilir, lakin əvvəlcədən dəqiqləşdirmək tövsiyə olunur.