COVID-19 (Koronavirus) yenilənib

Holiday Inn Baku

otel

Dəbli və müasir çoxmərtəbəli qüllələrdən ibarət olan “Holiday Inn” şəhərin işgüzar səmtində yerləşməklə işgüzar tədbirlərin keçirilməsi və mərkəzdə dəbdəbəli istirahət üçün ideal seçimdir. Hotel yüksək səviyyədə təchiz olunmuş nəcib dekorasiyası və rəng çalarları ilə 223 nömrədən və suit otaqlardan ibarətdir. Bu otaqlardan Xəzər dənizinə açılan mənzərə isə sadəcə valehedicidir. 320 nəfərlik banket-konfrans zalında isə müxtəlif ölçülü tədbirlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Həmçinin 18-ci mərtəbədə zövqlü atmosferdə ləzzətli nahar etmək və birinci mərtəbədə yerləşən "Saqi Wine Bar" şərab barında əyləşərək yerli şərablardan dadmaq mümkündür.

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket Sinif otağı Furşet
223 6 320 200 150 350