COVID-19 (Koronavirus) yenilənib

Qalaalti Hotel & SPA

otel

Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən “Qalaaltı Hotel & Spa” Qafqaz dağlarının ətəklərində dörd bir tərəfdən həmişəyaşıl meşələr ilə əhatə olunan müalicəvi-bərpa kurort kompleksidir. Özündə müalicə və rekreasiya ilə lüks istirahətin elementlərini birləşdirən kompleksdə təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılmasına xidmət edir. Hotel mədə və böyrək xəstəliklərinin müalicəsində geniş istifadə olunan neft yataqları ilə əlaqəli dünyaca bənzərsiz Naftsu sularına sahibdir. Peşəkar hotel personalının xidmət göstərdiyi kompleksdə qonaqların əyləncəsini qarşılayacaq bilyard, boulinq, tenis, açıq havada canlı çıxışlar və diskotekalar və digər əyləncə proqramları mövcuddur. Bu unikal kurort 180 nəfərlik konfrans zalı ilə tədbirlər və işgüzar görüşlər üçün geniş imkanlar təqdim edir. 

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket
168 3 180 120