qədimlik ilə müasirliyin vəhdətini yaradan Azərbaycan dəbdəbəli tədbirlər məkanı və qeyri-adi təcrübə axtarışında olanlar qarşısında çox sayda imkanlar açır.
Azərbaycanın ən böyük sərvəti onun mehriban, vətənpərvər və qonaqpərvər insanlarıdır. Elə buna görə, "Qonaq evin bəzəyidir" deyə əbəs yerə deməyiblər. Əlbəttə ki, qonaqlara hörmətlə yanaşmaq əsrlər boyu davam edən və bu gün də yüksək qiymətləndirilən bir ənənədir. Bizim qonaqpərvərliyimiz işgüzar tədbirlər məkanları, mehmanxanalar və yüksək xidmət standartları ilə birləşərək qonaqlar üçün ən qabaqcıl keyfiyyət təklif edir.
Paytaxt Bakı qədim İpək Yolunun üzərində yerləşib Cənubi Qafqaz regionunda müasir nəqliyyat infrastrukturuna malikdir. Dünyanın müxtəlif istiqamətlərinə 50-dən çox birbaşa reyslər keçirən Azərbaycan dünya ölkələri ilə geniş nəqliyyat əlaqələri və 20-dən çox aviaşirkəti ilə kommunikasiyanı daim genişləndirir.
Son onillikdə Azərbaycan müxtəlif sahələrdə daim çiçəklənən ölkəyə çevrilərək istər işgüzar səyahət, istərsə də hərtərəflii mədəni istirahətdən zövq almağa gələn bütün qonaqlar üçün cəlbedici destinasiyaya çevrilib. İqtisadiyyatın şaxələndirilməsi ilə paytaxt Bakı irimiqyaslı idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edən və işgüzar görüşlər üçün əsas regional mərkəz kimi mövqe tutur.
Azərbaycan həmişə milli mətbəxi, geniş çeşidli ləziz təamları ilə seçilir. Azərbaycanın zəngin və nəfis milli mətbəx nümunələrini təqdim edən ənənəvi kiçik restoranlardan tutmuş, zərif qərb üslubundakı restoranlara qədər hər kəsin zövqünə uyğun yeməklər təklif edən müxtəlif məkanlar daim xidmətinizdədir. Əsl Azərbaycan təcrübəsi yaşamaq üçün isə Bakının rəngarəng bazarlarında ənənəvi alış-verişdən zövq alın.
Azərbaycan bütün büdcə kateqoriyalarına üçün müxtəlif təkliflər təqdim edən sərfəli məkanlar sırasındadır. Bakıda orta hesabla qonaqlama xərci Avropanın istənilən böyük şəhərlərindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Gözəl və müasir infrastruktura malik hotellərdə göstərilən yüksək keyfiyyətli xidmətlər, sözsüz ki, işgüzar tədbirlər üçün xüsusi dəyər yaradır. İctimai nəqliyyatın sərfəli olmasıda üstünlükdür, belə ki avtobus və Bakı metrosundan bir gediş üçün istifadə haqqı cəmi 0,4 AZN-dir.
Azərbaycan yerli və xarici turistlər üçün Qafqazın ən təhlükəsiz və qonaqpərvər destinasiyalarından biridir. Azərbaycanda tətbiq edilən protokollar və qaydalar qabaqcıl beynəlxalq təhlükəsizlik standartlarına, təhlükəsizlik və sağlamlıq normalarına uyğundur.