COVID-19 (Koronavirus) yenilənib

Park Chalet, Autograph Collection

otel

Dəbdəbəli dizayn, nəfəskəsən mənzərələr və işgüzar görüş mühitinin qış möcüzələri ilə vəhdət yaratdığı “Park Chalet” hoteli qonaqlara zirvədə ev rahatlığı tərzində istirahət və bir cüt xizək macərası vəd edir. Azərbaycan və dünya mətbəxinin nümunələrin təqdim olunduğu restoranlar, barlar və istirahət guşələri "Park Chale"in təklif etdiyi sehrli istirahətə daxildir. Bu hoteldə quraşdırılan müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. “Park Chalet” hotelində tam təchizatlı Fitness və SPA mərkəzləri, 20 metrlik qapalı hovuz qonaqlarını gözləyir. SPA mərkəzində çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və prosedurlar, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan çoxfunksiyalı və banket üslubundakı konfrans zalı Günəş işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunub. Konfrans zalı, həmçinin 3 ayrı hissələrə bölünə bilir və bu da müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi üçün əlverişlidir. Hotelin biznes mərkəzi isə 7 gün 24 saat fəaliyyətdədir.

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket Furşet
164 2 300 160 300