COVID-19 (Koronavirus) yenilənib

Qafqaz Riverside Hotel

otel

Qəbələ şəhərindən keçən Dəmiraparan çayının kənarında sıx meşə örtüyünə sahib dağların əhatəsində yerləşən 5 ulduzlu “Qafqaz Riverside Resort Hotel” də qonaqlara dünya standartlarına uyğun sərfəli qiymətlərə mehmanxana xidməti və məhsullar təklif olunur. Hotelin bir yanında “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, digər yanında isə Qəbələnd Əyləncə Mərkəzi fəaliyyət göstərir. Təmtəraqlı interyer, maksimum rahatlıq və ecazkar təbiəti ahəngdar şəkildə birləşdirən bu hotel dağ mənzərəli geniş otaqlarla yanaşı, kənd ab-havası yaşamaq istəyənlər üçün kotteclər təqdim edir.

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket
123 4 150 90