Təyyarə ilə: Azərbaycan bütün tələbərə cavab verən 8 beynəlxalq hava limanı ilə dünya ölkələri ilə daim əlaqədədir. Azərbaycan Hava Yolları (AZAL), Aeroflot, Türk Hava Yolları, Lufthansa, Qatar Airways, Emirates, Fly Dubai və digərləri daxil olmaqla bir çox böyük aviaşirkətlərin xidmət göstərdiyi Heydər Əliyev adına Beynəlxalq Hava Limanı şəhərin mərkəzindən cəmi 25 km məsafədə yerləşir.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə beynəlxalq uçuşlar, yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü nəqliyyat ilə quru sərhədləri vasitəsilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2023-ci il tarixinədək uzadılıb.
Qatarla: MDB daxilində bir sıra istiqamətlərə birbaşa dəmir yolu əlaqələri mövcuddur. Rusiya, Gürcüstan və Ukraynadan müntəzəm olaraq gecə qatarları, Belarusun Brest şəhərindən isə Minskə gedən daha az sayda olmaqla müntəzəm qatarlar fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Azərbaycan və Gürcüstanı Türkiyə və Avropa dəmir yolu şəbəkəsi ilə birləşdirir. Bu marşrut üzrə sərnişindaşıma xidmətləri tezliklə istifadəyə veriləcək.
Avtomobillə: Son illər Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırılmışdır. Ölkənin nəqliyyat əlaqələri Rusiya, İran və Gürcüstanla sıx bağlıdır, Naxçıvan isə Türkiyə ilə birbaşa avtomobil əlaqəsinə malikdir və İstanbula müntəzəm avtobus reysləri mövcuddur. Bakıdan Tbilisiyə gedən şimal marşrutu həm də tarixi Şamaxı və Şəki şəhərləri vasitəsilə səfalı məkanların olduğu səyahət təklif edir.