COVID-19 (Koronavirus) yenilənib

Marxal Resort & Spa

otel

Şəkinin tarixi mərkəzindən 4 km məsafədə yerləşən "Marxal Resort & Spa" kompleksi doğma ev füsunkarlığı ilə 5 ulduzlu məkanın dəmdəsgah və rahatlığını özündə birləşdirir. Hər tərəfdən dağlarla əhatə olunmuş kompleksdə ikimərtəbəli SPA kompleksi, tamamilə kəhrəbadan hazırlanmış Kəhrəba otağı, sakitləşdirici mühiti ilə müalicəvi Duz otağı qonaqların sağlamlığına xidmət edir. Qüsursuz qonaqpərvərliyi və möhtəşəm aurası ilə kompleksin tam doluluq sayı 600 nəfərdir. İstirahəti daha maraqlı etmək üçün əyləncə seçimləri boulinq, bilyard, diskoteka, karaoke və digər əyləncə məkanlarını əhatə edir. Şəkidə müxtəlif növ tədbirlərin təşkili üçün hotel konfrans zalı, iclas otağı, banket zalı təklif edir. 

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket Furşet
175 3 270 320 250