COVID-19 (Koronavirus) yenilənib

sənaye sahələri

Azərbaycan iqtisadiyyatı əsasən neft və qaz ixracına əsaslansa da, ölkə digər təbii sərvətlərlə zəngindir və bu da iqtisadiyyatın şaxələndirilməsinə imkan verir

neft və qaz sənayesi

Azərbaycan xam neft və təbii qazın əsas istehsalçısıdır ki, bu da ümumilikdə ixracın 90%-dən çoxunu və ölkənin ÜDM-nin böyük hissəsini təşkil edir. 20-ci əsrin əvvəllərində Azərbaycan dünya neftinin yarısından çoxunu təmin etdiyi qlobal neft sənayesinin ön sıralarında yer alırdı.

kənd təsərrüfatı

Dövlətin həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafında mühüm yer tutan kənd təsərrüfatında əhalinin 37%-i çalışır ki, onlar əsasən taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük, pambıqçılıq, arıçılıq, dərman bitkilərinin becərilməsi kimi işlərlə məşğul olurlar. Ölkə ərazisində bir milyon hektardan çox becərilən torpaqların məhsuldarlığı və iqlim müxtəlifliyi çay və tütündən tutmuş nar və düyüyə, sitrus meyvələrinə və zəfərana qədər geniş çeşiddə məhsul yetişdirməyə imkan verir.

turizm

Ölkənin zəngin turizm potensialı və imkanları nəzərə alınmaqla turizm sənayesinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır. Azərbaycan müasir dağ-kizək kurortları, haykinq marşrutları, SPAmərkəzləri, qədim tarixi və mədəniyyəti, eləcə də nəfis milli mətbəxi ilə populyar turizm destinasiyasına çevrilib. Ölkəmizdə bu kimi bir çox turizm imkanları vasitəsilə dünyanın hər yerindən gələn qonaqları bu gözəl destinasiyaya bir daha nəzər salmağa təşviq edən bir sıra maraqlı layihələr həyata keçirilir.

dağ-mədən sənayesi

Azərbaycan mürəkkəb geoloji quruluşu ilə əlaqədar çoxlu faydalı qazıntı növləri ilə zəngin bir ölkədir. Ölkədə geniş yayılmış faydalı qazıntılara qızıl, gümüş, dəmir, titan, mis, manqan, kobalt, molibden və xrom daxildir. Faydalı qazıntı yataqlarının əksəriyyətinə Kiçik Qafqaz vilayətində rast gəlinir.

telekommunikasiya sənayesi

Azərbaycan əhalisinin 80%-dən çoxunun mobil telefon və digər telekommunikasiya vasitələrinə çıxışı var. Ölkədəki əsas mobil xidmət provayderləri Azercell, Bakcell və Azerfondur və bu mobil şirkətlər ölkə üzrə 10 milyondan çox abunəçiyə sahibdir. Bu gün Azərbaycanda 2 milyon 200 mindən çox internet istifadəçisi var. Həmçinin ölkədə 26-dan çox radio, 4 ictimai televiziya və 43 özəl televiziya stansiyası daxil olmaqla xeyli sayda radio və televiziya stansiyaları fəaliyyət göstərir.

tibb sənayesi

Müxtəlif istiqamətlərdə aparılan uğurlu səhiyyə islahatları əhalinin sağlamlığının təmin edilməsinə və onun dünya standartları səviyyəsində qurulmasına yönəlib. Hazırda müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmiş 700-ə yaxın səhiyyə müəssisəsi xalqa xidmət göstərir. Səhiyyə sisteminin inkişafı, maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkədə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ilbəil artırılması tibbi müəssisələrin fəaliyyətinin yaxşılaşmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edir.

elm və texnologiya sənayesi

Elm və innovasiya sahəsində baş verən yeniliklər ölkənin inkişafına davamlı olaraq müsbət təsir göstərmişdir və hazırda da bir sıra mühüm yeniliklər davam edir. Məsələn, Azərbaycanda seysmik dalğaların proqnozlaşdırılmasına kömək edən qurğular və mərkəzlər tikilib, kosmosa bir neçə peyklər göndərilməsinə nail olunub.

Həmçinin Azərbaycan təhsil və elektron hökumət proqramlarına start verib. Hazırda Bakıdan kənarda məktəblər və universitetlər üçün mövcud olan rəqəmsal resursları və elektron xidmətləri genişləndirərək ölkənin IT bazarını inkişaf etdirilir.

emal sənayesi

Azərbaycan geniş xammal çeşidləri ilə zəngin olduğundan ölkənin emal sənayesi iqtisadi dayanıqlılığın əsasını təşkil edir. İstehsal olunan məhsulların əksəriyyəti ölkə daxilində istehlak olunur, digər bir hissəsi isə ixrac olunur.