COVID-19 (Koronavirus) yenilənib

Fly Inn Hotel

otel

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində yerləşən “FLY INN BAKU” hoteli həm turistik, həm də işgüzar səyahətlər üçün tam təchiz olunmuş mükəmməl bir məkandır. Beynəlxalq standartlara cavab verən 205 qonaq otağı və 3 mənzil qonaqların komfortlu və yüksək xidmətlə istirahət etməsi üçün lazımi bütün şəraiti təmin etmişdir.
 
Milli və xarici mətbəx təamlarını dadmağınız üçün restoranlar və 24 saat fəaliyyət göstərən otaq xidməti mövcuddur. Hotelin qapalı və açıq hovuzları, ən müasir idman zalı və Spa mərkəzinin geniş seçimi keyfiyyətli 
istirahət və həyat tonusunun bərpasına xoş təsir göstərir. Bütün bunlar ilə bərabər, ziyafət və rəsmi toplantılar üçün tam uyğun olan 5 konfrans zalı və hovuzkənarı terras da kompleks ərazisinə daxildir.
 
Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket Furşet
205 5 220 170 270