COVID-19 (Koronavirus) yenilənib

Pik Palace, Autograph Collection

otel

Füsunkar Böyük Qafqaz dağlarında dəbdəbəli istirahət axtarışında olanlar üçün “Pik Palace” hoteli əla seçimdir. Beynəlxalq və yerli mətbəx seçimləri, spa, sağlamlıq və fitnes imkanları buranı istirahət üçün ideal yerə çevirir. Müasir təchizatlı eleqant otaqlar qonaqların rahatlığını yüksək səviyyədə təmin etmək üçün dizayn edilmişdir. Hotelin SPA mərkəzində terapevtlər müalicə otaqlarında sakitləşdirici və bərpaedici üz və bədən müalicəsi, həmçinin aromaterapiya, masaj və digər spa xidmətləri təklif edir. İstirahət kompleksində dekabr-mart aylarında xizəksürmə əyləncəsindən, yay fəslində isə at sürmə, haykinq kimi fəaliyyətlərdən zövq almaq mümkündür. Pik Palace, həmçinin dörd bal zalından ən böyüyü 300 nəfərlik tutumu ilə müxtəlif məzmunlu tədbirlərə ev sahibliyi edir. 

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket Furşet
167 3 300 320 300