Nağılabənzər “Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqət cəlb edən nadir memarlıq nümunələrindəndir. Yüksək xidmət və peşəkarlığı ilə seçilən bu hotel, həmçinin Bakının ən yaxşı caz barı ilə məşhurdur. Alov dillərini xatırladan üç çoxmərtəbəli binadan ibarət kompleks – Alov Qüllələrinin mənzərəsi qeyri-adi təəssürat bağışlayır. Bu binalardan birində şəhər mərkəzi və Bakı buxtasına möhtəşəm mənzərəsinin müşayiəti ilə tam təchiz olunmuş 299 qonaq otağı və 19 ədəd xidmət göstərilən mənzil ilə dəbdəbəli “Fairmont Baku Hotel” yerləşir. Tədbirlərin keçirilməsi üçün 1000 nəfərlik ziyafət zalı, çoxsayda görüş otaqları və qurğuları ilə təchiz olunmuş konfrans zalı 2500 kvadrat metrlik sahəni əhatə edir.
Nömrələr | Toplantı otaqları | Tamaşaçı zalı | Banket | Sinif otaqları | Furşet |
318 | 11 | 1000 | 600 | 450 | 600 |