COVID-19 (Koronavirus) yenilənib

Shahdag Hotel & Spa

otel

Heyrətamiz dağ mənzərələri ilə əhatə olunan "Şahdağ Hotel & Spa" müasir interyer, geniş və zərif otaqlar, yüksək səviyyəli rahatlıq vəd edən istirahətiniz üçün ideal yerdir. Qonaqpərvərliyin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən hoteldə üst kateqoriyalı və zərif üslubda dizayn olunan 173 qonaq otağı mövcuddur. Şahdağın yamacında adrenalin dolu xizəksürmə ilə yanaşı, hoteldə qapalı hovuzu olan idman zalı və SPA kompleksi də var. Həmçinin mövsümdənkənar vaxtlarda at sürmək və velosiped sürmək kimi fəaliyyətlərə cəlb olunaraq istirahətinizi səmərəli keçirə bilərsiniz. Ətrafda gəzməli-görməli yerlərdən Laza şəlaləsi və Əniq kəndindəki Tac Mahal məscidini ziyarət etmək mümkündür.

Nömrələr Toplantı otaqları Tamaşaçı zalı Banket Furşet
173 1 180 150 210