alov qüllələrinin zərifliyindən tutmuş UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhərə qədər Bakıda hər kəs üçün kəşf ediləsi bir məkan mütləq ki var
İçərişəhər Bakının tarixi mərkəzidir. Bu qədim şəhər bir vaxtlar Azərbaycanın mühüm liman və ticarət şəhərlərindən biri olmaqla bərabər, mədəni mərkəzlərindən də hesab olunurdu. Bu gün İçərişəhərin dar küçələri ilə gəzərək tarixə səyahət etmək olar.
ətraflıGörəsən, insanlar 40 000 il əvvəl necə yaşayıblar? Onların həyat tərzi necə olub? Bu suallara cavabı 6 000-dən çox qədim qayaüstü təsvirlərdən ibarət Qobustanda tapa bilərsiniz.
ətraflıPalçıq vulkanları yeraltı qazların yer səthinə çıxmasını şərtləndirən tektonik tərpənmələrin nəticəsində yaranır. Bu zaman sızan qazların bir qismi yanmağa başlayır və heç vaxt sönmür. Bəzi insanlar bu əbədi alovların 2 000 il əvvəl Azərbaycanda Zərdüştlüyün yaranmasına səbəb olduğunu hesab edirlər. Hazırda Daşgil adlanan ərazidə vulkanları ziyarət etmək ödənişsizdir.
ətraflıBakının neft və qaz yataqları ilə zəngin nadir təbiəti hələ qədim zamanlardan səyyahların diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Bakının Suraxanı kəndində yerləşən Atəşgah məbədi milyonlarla insan üçün ziyarətgaha çevrilib. Zərdüştilərin müqəddəs məbədinin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş Atəşgah Hindistandan olan zəvvarlar üçün ibadətgaha çevrilmişdi.
ətraflıTanınmış memar Zaha Hadid tərəfindən dizayn edilmiş Heydər Əliyev Mərkəzi 2012-ci ildə istifadəyə verilmişdir. Möhtəşəm dalğavari quruluşa malik və paklıq və sülh rəmzi olan ağ rəngli Mərkəz Bakının müasir simvollarından birinə çevrilib.Mərkəzin qeyri-adi formasından əlavə, daxilində yerli, eləcə də dünya incəsənət və mədəniyyətinin ən gözəl nümunələrini nümayiş etdirən geniş çeşidli daimi və müvəqqəti sərgiləri izləyə bilərsiniz.
ətraflı1800-cü illərin sonlarında Bakıda neft sənayesi sürətli inkişaf yoluna qədəm qoydu. Həmin dövrdə qədim şəhərdə yeni memarlıq üslubunda binalar tikilməyə başladı. Qotik, barokko, neoklassik və modern üslubları özündə ehtiva edən bu tikililər şəhərin ümumi mənzərəsi ilə harmoniya təşkil edirdi. Buna görə də turistlər Bakını “Qafqazın Parisi” adlandırırdılar. Əksəriyyəti alman və polyak memarları tərəfindən tikilmiş bu binalar Bakının mərkəzində Avropa ab-havası təəssüratı yaradır. Bakıda alman memarlığının ən möhtəşəm nümunələrini görmək üçün İstiqlaliyyət, Nizami, Əhməd Cavad, 28 May küçələrini dolaşa, yaxud bu dövrə sizi aparacaq turlara qoşula bilərsiniz. Dövrün ən mühüm abidələrindən olan neoqotik üslubda tikilmiş Xilaskar kilsəsinə də baş çəkməyi unutmayın.
ətraflı