Şəhərin işgüzar səmtində yerləşən Müasir İncəsənət Muzeyi Azərbaycanın görkəmli rəssamlarının yaradıcılığını təqdim etməklə bərabər, dünyanın bir çox ölkələrinin dahi rəssamlarının modern, avanqard və təkrarsız rəsm və heykəltəraşlıq əsərlərini sərgiləyir. Muzeyin konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeyin maraqlı cəhətlərindən biri də burada qapalı formaların olmamasıdır. Həmçinin muzey daxilində kitabxana, sərgi zalı, incəsənət otağı, restoran və kafe var. 250-dək nümayəndənin rahatlıqla iştirak etdiyi qeyri-rəsmi görüşlər, kokteyl tədbirlərinizi keçirmək üçün seçiminiz Müasir İncəsənət Muzeyi olsun.
Furşet- 250