2015-ci ildə açılan bu qeyri-adi məkan 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir. Muzeydə daş plastikanın bir çox növləri və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları sərgilənir. Ekspozisiyaya “Qobustan” və “Qala” qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir. İçərişəhərin cənubunda yerləşən muzeydə banket üçün 200-ə yaxın, kokteyl tədbirləri üçün isə 400-ə yaxın qonaq iştirak edə bilər.
Tamaşaçı za | Banket | Furşet |
400 | 150 | 400 |