Azərbaycan muğam musiqisi dünya miqyasında UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısında yer alması ilə tanınır və Beynəlxalq Muğam Mərkəzi məhz bu musiqi janrının ifa edilməsi, təbliği, qorunub saxlanması və populyarlaşdırılması istiqamətində hər il yüzlərlə tədbirə ev sahibliyi edir. Mərkəzin, həmçinin 350 nəfərə qədər tutumu olan auditorium və zərif üslubda dizayn edilən restoranı var. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır və bu dəbli, müasir memarlıq nümunəsi bulvarın düz mərkəzində yerləşir.
Tamaşaçı zalı | Banket | Furşet |
350 | 80 | 130 |