Azərbaycan xalqının rəmzinə çevrilən Azərbaycan xalçaçılıq sənəti milli bədii irsin ən önəmli tərkib hissələrindən biridir. Dənizkənarı Bulvarda yerləşən və ölkəmizin müasir memarlıq möcüzələrindən sayılan Xalça Muzeyində məhz dünyanın ən böyük xalça kolleksiyalarından biri (6 000-dən çox) qorunur. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Muzey sərgilər, konfranslar, simpoziumlar keçirilməsi üçün əlverişlidir, birinci və üçüncü mərtəbəsində müvafiq olaraq 46 və 70 nəfərlik konfrans otaqları var. Geniş zal isə Azərbaycanın yeddi xalçaçılıq məktəbinə məxsus yüzlərlə əl işi ilə bəzədilib.
Tamaşaçı zalı | Banket | Furşet |
200 | 100 | 350 |