Musiqi həvəskarlarının sevimlisinə çevrilən Filarmoniya binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavril Ter-Mikelovun layihəsi əsasında Filarmoniya bağı ərazisində inşa edilmişdir. Binanın xarici interyeri İtaliya intibahı, daxili interyeri isə Alman Rokoko üslubu ilə birləşərək mükəmməl harmoniya yaradır. Bakının valehedici mənzərəsinə açılan açıq meydançası burada keçirilən istənilən tədbiri unudulmaz edir. Əsas bina 1100 nəfərlik Yay Zalı və 610 nəfərlik Qış Zalından ibarətdir.