COVID-19 (Koronavirus) yenilənib

28 apr 2023 - 30 apr 2023

F1 Azərbaycan Qran Prisi 2023

Bakı Şəhər Halqası ilk Sprint yarışını əhatə edəcək Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində 2023-cü il mövsümü üçün 4 günlük biletləri satışa çıxarıb.

F1 azarkeşləri F1 təqvimində yer alan dramatik yarışlardan fərqli olaraq səbrsizliklə gözlənilən Sprint yarışına şahidlik edəcəklər. Bu il planlaşdırılan altı Sprint yarışı həftəsonunun daha rəqabətli və yaddaqalan keçməsinə imkan yaradacaq. Bu yarışın nəticəsi bazar günü keçiriləcək əsas yarışın sıralanmasını müəyyənləşdirəcək.

2016-cı ildən bəri Formula 1 təqvimində yer alan və İçərişəhər, Alov Qüllələri, dənizkənarı mənzərələr fonunda qurulan Bakı Şəhər Halqası yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib.

Paytaxtımızın artıq yeddinci dəfə ev sahibliyi etdiyi Formula 1 yarışının bu dəfəki buraxılışında daha böyük həyəcan və sürprizlərlə dolu həftəsonu gözlənilir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün yerinizi tutun və gözlənilməzə hazır olun!