Xalçaçılıq Azərbaycanda ən çox qorunub saxlanan sənətkarlıq növlərindən biridir və toxuculuq ənənələri ta qədim zamanlardan bəri nəsillərdən-nəsillərə ötürülüb. Regionlarda bir çox xalça fabriklərinə baş çəkərək yerli xalçaçılardan bir neçə dəqiqəlik dərs ala bilərsiniz. 25 nəfərlik qrupu əhatə edəb xalçaçılıq üzrə masterklasda iştirakçılar hər birinin özünəməxsus xüsusiyyətləri olan, müxtəlif bölgələrin xalçaçılıq məktəblərinin xalça naxışları, texniki xüsusiyyətləri və rəng sxemi haqqında xeyli məlumat öyrənəcəklər.