Azərbaycanın şərabçılıq tarixi çox qədimlərə gedib çıxır və bu gün ölkədə 17-dən çox şərab zavodu fəaliyyət göstərir. Şərab dequstasiyası və məhsul yığımı isə ən çox tələb olunan qrup fəaliyyət növlərindəndir. Mənzərəli İsmayıllı rayonunda yerləşən "Chabiant" şərab zavodunda şərabın dadından zövq almaqla yanaşı, məhsul yığımı üzrə komanda yarışına qoşula bilərsiniz. Qruplar komandalara bölünürək müəyyən vaxt ərzində üzüm toplamalıdır, məhsulu yığdıqdan sonra hər bir qrup topladıqları üzümü ayaqları ilə sıxmalıdır və beləliklə ən çox şirə sıxan komanda yarışda qalib gəlir.