Azərbaycanın Avropa, Asiya və Yaxın Şərqin qovşağında yer tutması həm də onun zəngin mətbəxinə müsbət təsir göstərib. Qonaqlar üçün Bakıda keçirilən bu 4 saatlıq kulinariya masterklasları yerli mətbəx nümunələri hazırlamaq və dadmaq imkanı yaradır. Masterklasdan öncə peşəkar kulinariya bələdçisinin rəhbərliyi ilə ənənəvi bazarların birində yerli satıcılar ilə ünsiyyət, əlbəttə ki, yüksək keyfiyyətli mövsümi inqridiyent seçimində kömək edəcək. Mütəxəssis aşpaz tərəfindən keçirilən plov növləri, lülə kabab, dolma növləri kimi klassik yeməklərin hazırlanması masterklasında iştirak etmək fürsətini əldən buraxmayın.