Azərbaycanın özünəməxsus müxtəlif milli idman növləri var. Onlardan bir neçəsini sınayıb unudulmaz komanda quruculuğu günü üçün atıcılıq yarışı ilə davam edə bilərsiniz. Başlanğıc üçün xüsusi təlim keçmiş Qarabağ atlarının hazırlandığı və Polo oyunun qədim versiyası olan Çovqan xüsusi tövsiyə olunur. Çovqan oyununda iştirakçılar oyunu izləyib mill geyimlərdən geyinəcək, alətlərlə tanış olacaqlar. Növbəti oyun növü rəqibi diz çökdürməyə məcbur edən güləşdir. Güləşdən əvvəl zorxana rəqsi milli musiqili ifalar ilə keçirilir. Oyunu izlədikdən sonra peşəkar təlimatçılar iştirakçılara atıcılıq üzrə istiqamət verərək qısa müddət ərzində onları yarışa hazırlayırlar. İki komandaya bölünən qrup qapalı poliqonda tapança və açıq havada idman atıcılığı olmaqla iki əsas meydançada yarışırlar. Nəticələr isə yarımfinal və final yarışları üçün hər iki yerdən hesablanır.